 |
Şrift : |
|
 |
Tarix : | 20-12-2011, 13:41 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 110 dəfə |
Like : |
|
Like : |
|
|
Təsdiqlənən sənədlər arasında üç protokol və iki anlaşma memorandumu var
Azərbaydan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanmış sənədlər haqqında” Fərman imzalayıb. Məlumatı dövlət agentliyi yayıb. Sərəncama əsasən, Azərbaycan və Türkiyə hökumətləri arasında 2011-ci il oktyabrın 25-də İzmir şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilib: - Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq haqqında Protokol; - Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu; - Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında Protokol; - Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meteorologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu; - Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında meşə təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu. Nazirlər Kabinetinə Fərmanda göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə isə həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə hökumətini xəbərdar etmək tapşırılıb.
|