 |
Şrift : |
|
 |
Tarix : | 4-01-2012, 15:41 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 137 dəfə |
Like : |
|
Like : |
|
|
Şahin Mustafayevin sözlərinə görə, bu sərmayələrin 73,6 faizi qeyri-neft sektorunun payına düşür
Bu gün İqtisadi İnkişaf Nazirliyində kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin, tabeliyindəki qurum rəhbərlərinin iştirakı ilə keçirilmiş kollegiya iclasında çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial -iqtisadi siyasət nəticəsində qazanılmış nailiyyətlər barədə məlumat verib, 2011-ci ilin də ölkə iqtisadiyyatının inkişafı baxımından uğurlu olduğunu bildirib.
Şahin Mustafayev qeyd edib ki, makroiqtisadi sabitlik qorunub saxlanılıb, ölkə iqtisadiyyatının diversifikasiyası daha da genişləndirilib. Eyni zamanda ÜDM-də qeyri-neft sektorunun rolu artıb, sənayeləşmə siyasəti və dövlət proqramlarının icrası uğurla davam etdirilib, sahibkarlığın inkişafına dövlət dəstəyi gücləndirilib, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində iqtisadiyyata investisiya qoyuluşu artıb, qeyri-neft ixracı sürətlənib, xarici ticarət dövriyyəsi artıb, əhalinin rifahının yaxşılaşdırılması istiqamətində önəmli addımlar atılıb. “2011-ci ildə ÜDM artıb, qeyri-neft sektorunda 9,5%-lik artıma nail olunub. Dünyanın bir sıra ölkələrində, xüsusilə avrozonada iqtisadiyyatda qeyri-sabitlik olmasına baxmayaraq, iqtisadi təlatümlərə dayanıqlıq nümayiş etdirən Azərbaycan iqtisadiyyatı davamlı inkişaf edib. 2011-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 47,3%-ə yüksəlib”, - deyə nazir vurğulayıb.
Ş.Mustafayev onu da bildirib ki, ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti işgüzar fəallığın artmasına şərait yaradıb, xarici investorların Azərbaycan iqtisadiyyatına marağı artıb: “Təsadüfi deyil ki, 2011-ci ilin 11 ayında əsas kapitala 10 mlrd. manat investisiya yönəldilib ki, bu sərmayələrin 73,6%-i qeyri-neft sektorunun payına düşür. Dövlət başçısı İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının və Balaxanı Sənaye Parkının yaradılması ilə bağlı bu günlərdə imzaladığı sənədlər sənayenin inkişafına, sahibkarlığın daha da genişlənməsinə təkan verəcək”.
İclasda İqtisadi İnkişaf Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri 2011-ci ildə görülmüş işlər barədə hesabat verib. İclası yekunlaşdıran nazir Şahin Mustafayev dövlət başçısı tərəfindən növbəti illər üçün qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində konkret tapşırıqlar verib.
İclasda İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının 2012-ci il üçün Tədbirlər Planı təsdiq edilib.
|