Toyuq ətinin, yumurtanın, kərə yağının, duru yağın, marqarinin və s. malların qiymətində ucuzlaşma müşahidə olunub
Iqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin bayramqabağı və bayram günlərində istehlak bazarında apardığı monitorinqlər zamanı süni qiymət artımı qeydə alınmayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Yeni il bayramı ərəfəsində istehlakçıların seçim imkanlarının artırılması, əhalinin artan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları ərzaq məhsullarının istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla birgə Bakı şəhərinin müxtəlif yerlərində satış yarmarkaları təşkil etmişdi. Yarmarkalarda satışa çıxarılmış məhsulların qiyməti bazar qiymətləri ilə müqayisədə 20 faizədək aşağı olub.
Bununla yanaşı, monitorinqlərin əhatə etdiyi bir sıra ticarət məntəqələrində toyuq ətinin, yumurtanın, kərə yağının, duru yağın, marqarinin və s. malların qiymətində ucuzlaşma müşahidə olunub.
Dövlət Xidməti monitorinqlərini davam etdirir.