Azərbaycanda pulsuz simsiz internetə çıxış olacaq

Şrift : |
Tarix :9-01-2012, 18:02
Bölmə : İqtisadiyyat
Kömək :    
Baxılıb : 275 dəfə
Like :
Like :

    “Eurovision” müsabiqəsində eyni zamanda 5 minə yaxın insan internet xidmətlərindən istifadə edə biləcək

    Azərbaycanda keçiriləcək “Eurovision” mahnı müsabiqəsinə qədər olan vaxt get-gedə azalır. Müsabiqəyə hazırlıq tədbirlərinin hansı mərhələdə olması isə hər kəsi düşündürür. Ən əsas sual isə budur ki, görəsən, müsabiqə ərəfəsində təklif olunacaq internet xidmətləri tələblərə cavab verəcəkmi?

    Böyük Biritaniyanın paytaxtı Londonda Avropanın ən böyük pulsuz simsiz internet sistemi, Wi-Fi zonası yaradılacaq. Mart ayına qədər Londonun mərkəz hissəsində təşkil olunacaq pulsuz Wi-Fi zonasından milyonlarla yerli sakinlərinin və turistlərin istifadəsi planlaşdırılır. Pulsuz Wi-Fi zonasınnın yardalmasında əsas məqsəd, Londonda bu ilin senyabrında keçiriləcək olimpiya oyunları zamanı insanların rahat şəkildə internetdən istifadəsinin təşkilidir.

    Bəs may ayında “Eurovision” kimi beynəlxalq müsabiqəyə ev sahibilyi edəcək Azərbaycanda bu sahədə vəziyyət necədir? Azərbaycan informasiya sahəsində belə bir sınaqlardan keçə biləcəkmi?

    Mütəxxəsislər hesab edir ki, hazırda Azərbaycanda bu cür ictimai Wi-Fi zonaları demək olar ki, yox dərəcəsindədir və ya təklif olunan pulsuz simsiz internetin keyfiyyəti çox aşağıdır. Odur ki, Bakıda pulsuz Wi-Fi zonalarını yaradılması işinə artıq indidən başlanlamaldır ki, bu sistem bir neçə ay ərzində özünü doğrulda bilsin.

    İnformasiya texnologiyaları üzrə mütəxəssis İlqar Mirzə hesab edir ki, bu işə artıq indidən başlamaq lazımdır: “Sual yaranır ki, internetin sürəti qənaətbəxş olacaqmı, axına uyğun gələcəkmi? Bunu təyin etmək üçün Azərbaycan ən azı iki ay əvvəl bütün bunlara hazır olmalıdır ki, sonradan pulsuz Wi-Fi zonalarını yalnız tədbir məkanının ətrafında təşkil etməsinlər. Təbii ki, pulsuz Wi-Fi zonaları şəhərin bütün gəzməli-görməli hissələrində, hava limanında, mehmanxanalarda, kafelərdə olmalıdır”.

    “Delta Telekom” şirkətinin texniki direktoru Rahid Ələkbərli isə deyir ki, “Eurovision” mahnı müsabiqəsi zamanı tədbirinin keçiriləcəyi arenada və ətraf ərazidə pulsuz internet şəbəkəsinə çıxış olacaq. Şirkət rəsmisinin sözlərinə görə, pulsuz Wi-Fi xidməti həm yerli sakinlər, həm də qonaqlar da daxil olmaqla 5 minə qədər istifadəçi üçün nəzərdə tutulub. Müsabiqə zamanı həmin ərazidə 3G vasitəsilə də yüksək sürətli iternet çıxışı təşkil olunacaq.

    Rahid Ələkbərlinin sözlərinə görə, ümumiyyətlə Almaniyada keçirilən “Eurovision” mahnı müsabiqəsi ərəfəsində təşkil olunmuş sürətdən 4 dəfə artıq sürət nəzərdə tutulub: “Bunun üçün internet magistralı resursları genişləndirilib. Texnoloji infrastruktur olduqca böyük tutumlara nəzərdə tutulmuş. Orada eyni zamanda 5 minə yaxın insan internet xidmətlərindən istifadə edə bilər. Təbii ki, burada da eyni zamanda o qədər internet istifadəçisinin olması gözlənilmir”.

    Şirkət pulsuz Wi-Fi zonasını “Eurovision” müsabiqəsindən təxminən bir həftə əvvəl təşkil etməyə nəzərdə tutur. İctimai simsiz internetdən istifadə də müsabiqə müddətində mümkün olacaq.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO