 |
Şrift : |
|
 |
Tarix : | 15-01-2012, 10:34 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 182 dəfə |
Like : |
|
Like : |
|
|
Bunu iqtisadi inkişaf nazirinin müavini 1-ci Kanala açıqlamasında bildirib
Azərbaycan iqtisadiyyatının, xüsusi ilə özəl sektorun inkişafında mühüm rol oynayacaq Sumqayıt Kimya Sənaye parkının yaradılması ilə bağlı işlər sistemləşdirilərək kompleks şəkildə icra olunacaq. Artıq tənzimlənmə və parkın yaradılacağı sənaye zonasının ayrılmasına dair rəsmiləşdirmə işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda isə tikinti işlərinə başlanılması nəzərdə tutulub. Sənaye parkının istifadəyə verilməsi ilə uzun illər Azərbaycanda mövcud olan kimya ənənələri müasir tələblərə uyğunlaşdırılacaq. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun qənaətincə parkın mövcudluğu həmçinin, Sumqayıtla yanaşı ölkənin digər iqtisadi rayonlarının da inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ölkə başçısı Sumqayıt Kimya Sənaye parkının yaradılması və fəaliyyətinin təmin edilməsinə dair ötən il dekabrın 21-də sərəncam imzalayıb.
|