Bu il dünya iqtisadiyyatı əvvəl proqnozlaşdırılan 3,6% əvəzinə, cəmi 2,5% inkişaf edəcək
Rusiya mətbuatının verdiyi məlumata görə, bunu Dünya Bankı bəyan edib. Qurumda hesab edirlər ki, Avropada borc böhranı təsəvvür olunduğundan kəskindir və bu, dünyada 2008-2009-cu illərdə olduğundan daha ciddi iqtisadi böhrana aparıb çıxara bilər.
"Hətta dinamik inkişaf edən ölkələr də problem yaşayır. Avrozonanın 17 ölkəsində bu il ümumi daxili məhsul 0,3% azalacaq (əvvəllər bu ölkələrdə 1,8%-lik artım proqnozlaşdırılırdı)", - deyə məlumatda bildirilir.