Şəxsi mənzili olan köçkünlər xüsusi təyinatlı yaşayış sahələrində yaşamayacaq

Şrift : |
Tarix :23-01-2012, 13:44
Bölmə : İqtisadiyyat
Kömək :    
Baxılıb : 163 dəfə
Like :
Like :

    Azərbaycan Nazirlər Kabineti «Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması»nın təsdiq edilməsi barədə» 2010-cu il 29 aprel tarixli qərarına dəyişikliklər edilməsi barədə qərar qəbul edib

    Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq qəbul edilən qərarla «Xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinin forması»na dəyişiklik edilib.

    Nazirlər Kabinetindən verilən məlumata görə, dəyişikliklərə əsasən, müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər xüsusi təyinatlı yaşayış sahələrində kirayə haqqı ödəmədən yaşayacaqlar. Müqavilə formasına kirayə haqqının ödənilməsi ilə bağlı hissələrə «(müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla)» sözləri əlavə edilib.

    Qərarda nəzərdə tutulan digər mühüm dəyişiklik məcburi köçkünlərin xüsusi təyinatlı yaşayış sahəsində yaşamasına xitam verilməsini tənzimləyir. Dəyişikliyə əsasən, müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlərlə kirayə müqaviləsi kirayə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər.

    Kirayə müqaviləsi o zaman ləğv edilə bilər ki, kirayəçi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamasın, bu sahədən yaşayış yeri kimi istifadə etməsin.

    Bundan başqa, xüsusi təyinatlı yaşayış sahələrində məcburi köçkünlərin yaşamasına o zaman xitam verilə bilər ki, kirayəçi və ailə üzvləri qanuna uyğun olaraq öz vəsaitləri hesabına ayrıca yaşayış sahəsi (ev, mənzil) əldə etsinlər. Amma bu, ayrı təsərrüfatın yaranması halına aid deyil.


    apa


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO