 |
Şrift : |
|
 |
Tarix : | 24-01-2012, 11:35 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 162 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov “Beynəlxalq Yaşıl Həftə-2012” sərgisində iştirak etmək məqsədilə Almaniyada səfərdədir
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Almaniya Federativ Respublikasının Ərzaq, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi naziri İlze Ayqnerin, Berlin şəhərinin meri Klaus Voveraytın və Berlin şəhərinin Sərgi və Yarmarkalar təşkilatının rəhbərliyinin dəvəti ilə baş tutan səfər çərçivəsində nazir “Mərkəzi və Şərqi Avropada, Mərkəzi Asiyada və Qafqazda qida məhsulları və kənd təsərrüfatı texnikalarının maliyyələşdirilmə sistemləri” mövzusunda keçiriləcək tədbirdə, eyni zamanda “Yaşıl həftə” sərgisinin açılışında iştirak edəcək.
İsmət Abasovun Azərbaycanın ölkə pavilyonu ilə tanışlığı və bir sıra ölkələrin kənd təsərrüfatı nazirləri ilə görüşü də nəzərdə tutulub. O, kənd təsərrüfatı nazirlərinin zirvə görüşündə iştirak edəcək və zirvə görüşü zamanı Latviyanın kənd təsərrüfatı naziri xanım Strauyuma Laimdota ilə görüşəcək. Sabah “Yaşıl Həftə” sərgisi çərçivəsində Almaniyanın Şərqi və Mərkəzi Avropa Cəmiyyəti və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə nazir İsmət Abasov “Azərbaycanda kənd təsərrüfatının inkişafı” mövzusuna dair çıxış edəcək.
|