Azərbaycan ərazisində sürücülük vəsiqəsi əldə etmək istəyən şəxslərin imtahan verməsi üçün Bakıdan başqa, 11 qeydiyyat-imtahan məntəqəsi fəaliyyət göstərir.
Bunu Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər. Bu məntəqələr Sumqayıt, Şirvan, Lənkəran, Şəki, Gəncə, Xaçmaz, Ağsu, Ağcabədi, Yevlax, Tovuz və İmişli rayonlarında yerləşir.
Sumqayıtda yerləşən 1 saylı rayonlararası qeydiyyat-imtahan məntəqəsi Abşeron, Siyəzən, Qobustan, Xızı rayonlarına xidmət göstərir.
Xaçmaz rayonundakı 2 saylı qeydiyyat-imtahan məntəqəsində Quba, Qusar, Dəvəçi rayon sakinləri imtahan verə bilərlər.
Ağsu rayonunda yerləşən 3 saylı qeydiyyat-imtahan məntəqəsi Şamaxı, İsmayıllı, Kürdəmir rayonlarına, Şirvandakı 4 saylı qeydiyyat-imtahan məntəqəsi Hacıqabul, Saatlı, Salyan, Sabirabad, Neftçala rayonlarına, Lənkəranda yerləşən 5 saylı qeydiyyat-imtahan məntəqəsi Astara, Biləsuvar, Cəlilabad, Lerik, Masallı, Yardımlı rayonlarına xidmət göstərir və sair.