Köhnə binalarda mənzillər ucuzlaşıb

Şrift : |
Tarix :31-01-2012, 16:45
Bölmə : İqtisadiyyat
Kömək :    
Baxılıb : 175 dəfə
Like :
Like :

    Qiymət azalmasına təklifin tələbi kəskin üstələməsi, mənzillərin nağd satışların məhdudlaşması səbəb olub

    2011-ci ilin dekabr ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında noyabr ayı ilə müqayisədə 0,5% azalma müşahidə edilib. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, bunun əsas səbəbi ilin sonu ilə əlaqədar ipoteka prosesinin qismən zəifləməsi ilə bağlıdır.

    Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində yeni tikililərin payının artımı dekabr ayında da davam edib. Bazarın bu seqmenti üzrə təklifin artımı qiymət dinamikasının azalmasına da təsirsiz ötüşməyib. Bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi mənfi təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları xeyli məhdudlaşıb. Bu isə təkrar bazara daxil olan yeni tikililər üzrə qiymətlərin azalmasına gətirib çıxarıb.

    Dekabr ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 1,0% artıb, orta qiymət isə 0,4% azalıb. Qiymət azalmasına təklifin tələbi kəskin üstələməsi, mənzillərin reablitasiya imkanlarının və nağd satışların məhdudlaşması səbəb olub.

    Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi qiymətə müvafiq olaraq 0,4% azalıb. Təkrar bazarda dinamikaya müsbət təsir göstərən amillərin çox olmasına baxmayaraq, əmlakın bu növü üzrə qiymət azalması ilkin bazardan daha dinamikdir. Bu amil ilkin bazarda qiymətlərin sahibkarların nəzarətində olması, eyni zamanda bazar üzrə qiymətlərin əmlakın real dəyərindən hələ də baha olması ilə əlaqələlidir.

    Araşdırmalar göstərir ki, təkrar bazar üzrə mənzillərin əksəriyyəti mənzil mülkiyyətçilərinin müəyyən ehtiyaclarını qarşılamaq məqsədilə bazara çıxarılır ki, burada ekspozisiya müddətinin artımı mənzilin qiymətinə mənfi mənada kəskin təsir göstərir.

    Dekabr ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin münasibliyidir. Araşdırmalar göstərir ki, bazarda qiymətlər azaldıqca bu rayonlara olan maraq da tədricən dərinləşməkdə davam edir. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 2 rayonun üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə uyğunluğu ilə də bağlıdır.

    Dekabr ayında təkrar mənzil bazarında qiymət indeksi oktyabrda müqayisədə 0,7 bənd azalaraq 175,2 bənd səviyyəsində qərarlaşıb.

    Dekabr ayında aparılan araşdırmalara əsasən təklif nisbi (1,0%) artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7500-ü ötüb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub. Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır.

    Dekabr ayında da otaqlar üzrə vəziyyət ötən aylardakı kimi qalıb, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınıb. Təklif üzrə ən çox azalma 4 və 5 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınmış və artım 1,2% təşkil etmişdir.

    Dekabr ayında qiymət indeksində 0.7 bənd azalma müşahidə edilib. Orta qiymət 0,4% azalaraq ötən ay qeydə alınan 959 $/kv.m-dən 955 $/kv.m-ə enib.

    Dekabr ayında heç bir rayonda qiymət artımı baş verməyib. Ən çox qiymət azalması isə Sabunçu rayonunda (1,2%) qeydə alınıb. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (955 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,1%-ə malikdir. Mənzillərin orta otaq göstərijisi 2.77, hər otağın orta satış qiyməti 43166 ABŞ dolları, mənzilin orta qiyməti isə 111334 ABŞ dolları təşkil edib.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO