Suyun buz bağlaması neft hasilatında problemlər yaradıb
Xəzər dənizinin Dağıstandan keçən hissəsi donub. Mahaçqalada havanın temperaturunun mənfi 15 dərəcəyə düşməsindən sonra suyun donduğu bildirilir. Mahaçqala buxtasında buzun qalınlığı 15 santimetrə çatıb. Bu isə neft hasilatında problemlər yaradıb. Şaxtanın hələ də davam edən qar ucbatından daha da kəskinləşdiyi bildirilir. Kommunal xidmət əməkdaşları gücləndlirilmiş iş rejiminə keçib.