 |
Şrift : |
|
 |
Tarix : | 4-02-2012, 12:07 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 159 dəfə |
Like : |
|
Like : |
|
|
"Baku-Taxi" şirkəti taksilərdə printerli taksometrlərin quraşdırılmasını planlaşdırır.
“Baku-Taxi” şirkətinin direktoru İlqar Qasımov AzərTAc-a bildirib ki, xidmət səviyyəsinin yüksəldilməsi məqsədi ilə printerli taksometrlərin tətbiqi ilə bağlı qurğuların dövlət reyestrindən keçirilməsi üçün müraciət olunub.
Yaxın vaxtlarda Bakıdakı taksilərdə gediş haqqının plastik kartlarla ödənilməsinin tətbiqinə də başlanılacağını deyən İ.Qasımov Nəqliyyat Nazirliyinə iki növ – universal və sadə mobil pos-terminalın təqdim edildiyini söyləyib. O, qeyd edib ki, nazirlik bu iki pos-terminal növündən hansını seçəcəksə, o da taksilərdə tətbiq olunacaq. Bu işin “Eurovision” mahnı müsabiqəsinə qədər yekunlaşdırılması nəzərdə tutulur.
“Bundan başqa, digər layihələr üzərində də işləyirik. Taksilərdə naviqatorların quraşdırılması da planlarımıza daxildir”, - şirkət direktoru deyib.
|