 |
Şrift : |
|
 |
Tarix : | 8-02-2012, 10:55 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 189 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycanlı iş adamı Rusiya mətbuatına müsahibə verib
"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bütün şirkətlər qrupunun dəyərini açıqlayıb.İş adamı Rusiyanın "Kommersant" qəzetinə müsahibəsində bu barədə açıqlama verib. Onun sözlərinə görə, son qiymətləndirmələrə görə bu məvləğ 6 və 7 milyard dollar arasında dəyişir.
"Biz radiostansiya, telekanal almışıq. İndi isə birini də açırıq. Palmalinin biznesdən başqa ambisiyası yoxdur. Şirkətin sahibi mənəm, mənim isə heç bir siyasi ambisiyam yoxdur", deyə M. Mənsimov bildirib.
İş adamının sözlərinə görə, yük təyyarələri alsa da, onları satıb: "Bu bizim seqmentimiz deyil, mən bir də bu işə girməyəcəm: bu sahə çox ağırdır və korrupsiyalaşmışdır. Texniki cəhətdən isə hər şey donanmadan daha asandır".
Qeyd edək ki, "Palmali" əsasən özünün ticarət donanması ilə yükdaşıma ilə məşğuldur. Şirkət neft və neft məhsulları da daşıyır.
|