 |
Şrift : |
|
 |
Tarix : | 9-02-2012, 12:51 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 176 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycan vergi qanunvericiliyini təkmilləşdirmək niyyətindədir
Bu barədə ölkənin vergilər naziri Fazil Məmmədov cümə axşamı Bakıda keçirilən "Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər" adlı forumda çıxışı zamanı bildirib.
"İlk növbədə biz ölkənin uzunmüddətli strateji inkişaf planlarının uğurla reallaşdırılmasının əsas şərti olan vergi sisteminin stabil olması və proqnozlaşdırılmasının mümkünlüyü üzərində çalışırıq", - Məmmədov deyib.
Onun sözlərinə görə, bu aspektdə mühüm məsələlərdən biri vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesinin başa çatdırılmasıdır.
"Vergi Məcəlləsinin qəbul edildiyi vaxtdan 11 il ötüb. Bu müddət ərzində vergi qanunvericiliyinin əhəmiyyətli dərəcədə təkmilləşməsinə baxmayaraq, biz hesab edirik ki, yeni iqtisadi münasibətlər və iqtisadi inkişafın çox sürətli templəri fonunda vergi qanunvericiliyinə bir daha baxılmalıdır", - nazir deyib.
Onun sözlərinə görə, artıq yanvar-fevral aylarında ölkənin vergi sahəsində aparıcı ekspertləri, biznes nümayəndələri və müvafiq dövlət strukturları ilə Vergi Məcəlləsinin geniş müzakirələri aparılır.
"Biz hesab edirik ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində ictimai təşkilatların təkliflərini nəzərə almaqla, onlarla sıx işləməklə orta müddətli perspektivdə vergi qanunvericiliyində müəyyən dəyişikliklər edə bilərik", - Məmmədov deyib.
trend
|