 |
Şrift : |
|
 |
Tarix : | 14-02-2012, 17:19 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 163 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycanda avtobuslar hidrogenlə işləyəcək
Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) istifadə olunan sərnişin avtobuslarının daha müasir yanacaq növlərinə keçməsi imkanları araşdırılır.
Şirkətin Ekologiya İdarəsi ARDNŞ-ın nəqliyyat sektorunda istifadə olunan sərnişin avtobuslarının bir qisminin daha müasir yanacaq növlərinə (hidrogen və az karbonlu yanacaq) keçirmək istiqamətində Almaniya İqtisadi Tədqiqatlar İnstitutunun (AİTİ) ekspertləri ilə birgə işlər aparılır.
Hidrogen yanacağı əsasında nəqliyyat infrastrukturunun yaradılması üzrə Almaniya təcrübəsini öyrənmək məqsədilə Ekologiya İdarəsinin mütəxəssisləri artıq 2011-ci ildə bu ölkəyə ezam olunub, orada müvafiq müzakirələr aparıb və hidrogen nəqliyyatının işləmə prinsipləri ilə tanış olublar.
Hidrogen enerjisindən istifadənin effektivliyini qiymətləndirmək məqsədilə Ekologiya İdarəsinin Elm və texnika şöbəsinin mütəxəssisləri tərəfindən ARDNŞ-ın nəqliyyat vasitələrində sərf olunan ənənəvi yanacaqla bərabər neft emalı zavodlarında və “Azərikimya” İB-nin müəssisələrində istehsal olunan hidrogen tərkibli qazların həcmi haqqında məlumatlar toplanıb. İlkin olaraq ARDNŞ-ın “Azərikimya” İB-də mövcud sərnişin avtobuslarının hidrogen yanacağına keçirilməsinin elmi-texniki, iqtisadi-ekoloji qiymətləndirilməsi hazırlanıb. Təklif edilib ki, avtobusların hərəkət dairəsinin Sumqayıt şəhəri ərazisində məhdudlaşması nəzərə alınaraq, oradakı bir yanacaqdoldurma stansiyasında hidrogen yanacağı infrastrukturunun qurulması kifayətdir.
«Hazırda AİTİ ilə birlikdə bu təklifin iqtisadi qiymətləndirilməsi, avtobus mühərriklərinin hidrogen yanacağına uyğunlaşdırılması üçün tələb olunan texniki avadanlıqların seçilməsi və marketinq işləri aparılır» - deyə ARDNŞ-ın məlumatında deyilir.
|