Artım tempinə görə MDB-də liderik

Şrift : |
Tarix :22-02-2012, 10:18
Bölmə : İqtisadiyyat
Kömək :    
Baxılıb : 117 dəfə
Like :
Like :

    Ölkə iqtisadiyyatına yönəldilən vəsaitlərin artım tempinə görə MDB-də liderik

    Ölkə iqtisadiyyatına yönəldilən investisiyaların artım tempinə görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında ilk sırada qərarlaşıb. Bu barədə məlumat MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanıb. Komitənin məlumatında bildirilir ki, 2010-cu illə müqayisədə ötən il Azərbaycanda əsas kapitala yönəldilən vəsaitlərin həcmi 27,3% artıb.

    Məlumatda həmçinin qeyd olunur ki, ötən il MDB-yə üzv olan ölkələr arasında yalnız Ermənistan və Qırğızıstanda əsas kapitala yönəldilən vəsaitlərin həcmi azalıb. Azalma Ermənistanda daha çox olub. 2011-ci ildə Ermənistan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi 2010-cu illə müqayisədə 11,5% azalıb. Qırğızıstanda isə bu göstərici 6,6% təşkil edib. Digər ölkələrə gəldikdə isə, qeyd edək ki, investisiyaların artım tempi Türkmənistanda 23,2%, Ukraynada 21,2%, Belarusda 13,3%, Moldovada 11,3%, Özbəkistanda 7,9%, Rusiyada 6,2%, Tacikistanda 5%, Qazaxıstanda isə 2,4% səviyyəsində olub.

    Ermənistan işsizlərin sayına görə liderdir

    Birliyə üzv olan ölkələr arasında işsizlərin sayına görə isə ilk sırada Ermənistan qərarlaşıb. Ötən il bu ölkədə işsiz kimi qeydiyyata alınan insanların sayı 69,4 min nəfər olub. Bu isə iqtisadi fəal əhalinin 5,9%-nə bərabərdir. Bu barədə məlumat MDB Dövlətlərarası Statistika Komitəsi tərəfindən açıqlanıb. Komitənin məlumatında bildirilir ki, 2011-ci ildə Azərbaycanda qeydiyyatda olan işsizlərin sayı 38,3 min nəfər olub ki, bu da iqtisadi fəal əhalinin cəmi 0,8%-ni təşkil edir. MDB-də ən aşağı işsizlik səviyyəsi Qazaxıstan və Belarusda qeydə alınıb. Bu ölkələrdə işsiz statusu alan insanların sayı müvafiq olaraq, 36,6 və 28,2 min nəfər olub. İqtisadi fəal əhalinin sayına nisbətdə bu göstərici Qazaxıstanda 0,4%, Belarusda isə 0,6% təşkil edib. Birliyə üzv olan digər ölkələrə gəldikdə isə, komitədən bildirilir ki, Ermənistandan sonra ən çox işsiz Moldova və Tacikistanda qeydə alınıb. Moldovada iqtisadi fəal əhalinin 2,9%-i və 38,8 min nəfər, Tacikistanda isə 2,6%-i və 55,5 min nəfər işsizdir. Bu göstərici Qırğızıstanda 2,5%-ə (61,1 min nəfər), Ukraynada 2,4%-ə (482,8 min nəfər), Rusiyada isə 1,7%-ə ( 1,28 milyon nəfər) bərabər olub.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO