Qətər 88221 dollarla dünya birincisi seçilib
Bu yaxınlarda adambaşına düşən gəlirinə görə, dünyanın ən zəngin ölkəsi məlum olub. Beynəlxalq Valyuta Fondunun (BVF) hazırladığı hesabata görə, Qətər ötən il birinci olan Lüksemburqu ötərək, dünyanın ən zəngin ölkəsi seçilib. Hesabatda ölkənin adambaşına düşən milli gəlirləri 88221 dollara çatdığı göstərilib. Bu rəqəmin 2016-cı ildə 111 min dollar çatacağı gözlənilir.
BVF-nin hesablamalarına görə, 5 il sonra adambaşına düşən gəlir Lüksemburqda 94 min , Sinqapurda 70 min və ABŞ-da isə 55 min dollar təşkil edəcək.
7GUN.AZ