 |
Şrift : |
|
 |
Tarix : | 27-09-2011, 15:33 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 277 dəfə |
Like : |
|
Like : |
|
|
Viktor Yaqubyan: «Rusiya bu layihəyə görə Qarabağı Azərbaycanın xeyrinə həll edərsə, Ermənistanı itirməli olacaq»
«Türkmənistan NABUCCO layihəsinə qoşumağa razılıq verib. Rəsmi Aşqabad öz təbii qazını bu kəmərlə Avropa bazarlarına çıxarmağa hazırdır». Bu sözləri Almaniyanın OMV şirkətinin rəhbəri Qerhard Roys deyib. O bildirib ki, 3 həftə bundan əvvəl məlum məsələ ilə bağlı Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovla görüşüb. «Həmin görüşdə razılaşma əldə olundu ki, Türkmənistan tərəfi NABUCCO kəmərini lazım olan qədər təbii qazla təmin edəcək». Azərbaycanın rəsmi nümayəndəsi, həmçinin politoloq Rüstəm Məmmədov isə bununla bağlı deyib ki, NABUCCO-nun taleyi Qarabağ münaqişəsinin həllindən asılıdır. «Əgər Rusiya Qarabağ münaqişəsini həll edərsə, Azərbaycan onda NABUCCO kəmərindən imtina edə bilər. Əgər bu baş verməzsə, o zaman Azərbaycanın NABUCCO-ya qoşulma ehtimalı getdikcə böyüyəcək. Bu vəziyyətdə Azərbaycan yenə heç nə itirmir, əksinə qazanır». Rüstəm Məmmədovun açıqlamasına erməni politolqları da münasibət bildiriblər. Cənubi Qafqaz problemləri üzrə ekspert Viktor Yaqubyan deyib ki, NABUCCO-nun taleyinin Qarabağ münaqişəsinin həllindən asılı olması ilə bağlı indiyə qədər çoxlu sayda fikirlər səslənib və yazılıb. 2Qarabağ münaqişəsi həqiqətən bölgədə həyata keçirilən iri neft-qaz layihələri üçün təhlükə mənbəyidir. Bu faktdır. Azərbaycanın Rusiyanın hərəkətlərinə qarşı NABUCCo-dan imtina etməsi məsələsinə gəlincə, bu o deməkdir ki, Rusiya bölgədə Ermənistanı itirməli olacaq. Bu isə indiki vəziyyətdə fakt deyil». Yaqubyan qeyd edib ki, rəsmi Bakı layihəyə qoşulmaqdan imtina edə də bilər, etməyə də. Rusiyanın Ermənistanla Qarabağ məsələsinə görə münasibətləri pozmaq addımlarına gəlincə erməni politoloq hesab edir ki, bu bölgədəki problemlərin həlli üçün heç nə vəd etmir. «Belə olan vəziyyətdə NABUCCO-nun yolu Rusiyanın yanaşmalarından asılı olaraq Xəzərə çıxış imkanı əldə edəcək. Azərbaycan tərəfindən belə bir əminlik var ki, bütün hallarda onlar baş verənlərdən udacaqlar. Belə ki, Rusiya Ermənistanın hesabına Qarabağ münaqişəsini həll edəcək, ABŞ İranı məhv edəcək, Türkmənistan isə öz qazını Rusiya, Çin və İrana deyil, Azərbaycan, Türkiyə və Gürcüstan vasitəsi ilə Avropaya daşıyacaq. Bunu ancaq zaman göstərə bilər. Yalnız bundan sonra qeyd olunan optimizim təsdiqlənə bilər».
7GUN.AZ
|