WikiLeks-dən Azərbaycanla bağlı korrupsiya bombası

Şrift : |
Tarix :28-09-2011, 12:15
Bölmə : İqtisadiyyat
Kömək :    
Baxılıb : 516 dəfə
Like :
Like :

    Samir Şərifov ölkədə korrupsiyanın olmasını etiraf edib


    ABŞ diplomatlarının məxfi teleqramlarını açıqlayan WikiLeks saytı Azərbaycanla bağlı daha bir məlumat yayıb. 7GUN.AZ xəbər verir ki, ABŞ-ın ölkəmizdə səfiri olmuş Enn Dersinin 2007-ci il 24 iyul tarixli məktubunda ölkəmizdə mətbuatın durumu, hakimiyyətin azad mətbuatı sıradan çıxarmaq və nəzarətə almaq cəhdləri əksini tapıb.
    Amerikalı diplomat Vaşinqtona göndərdiyi teleqramın sonunda - şərh bölməsində yazır: “Azərbaycan hökuməti ölkədə müstəqil və müxalif KIV-in fəaliyyətinin məhdudlaşdırılmasına və ona təzyiqlərin artırılmasına çalışır”.
    Enn Dersi qeyd edir ki, müstəqil və müxalif media Azərbaycan hakimiyyəti üçün ciddi təhlükə törətməsə də, hökumətdəki yüksək vəzifəli məmurlar azad mətbuat üzərində mütləq hakimiyyətə sahib olmaq istəyirlər. Diplomat tənqidçi media quruluşlarına və nümayəndələrinə qarşı təhlükənin olduğunu da yazıb: “Azərbaycan hakimiyyətinin yüksək vəzifəli məmurlarını tənqid edən jurnalistlərin həyatı həmişə təhlükədə olur. Hakimiyyətin yüksək elitasında təmsil olunan rəsmilər və digər mühüm siyasi fiqurlar azad şəkildə istənilən media qurumunu, jurnalisti məkəməyə verə bilir, onların barəsində sərt cəzaların çıxarılmasına nail olurlar. Bundan başqa, bəzi jurnalistlər fiziki işgəncələr və hücumlarla üzləşirlər. Jurnalistlərə fiziki güc tətbiq edənlər isə cəzasız qalır”. Keçmiş səfir daha sonra yazır ki, mətbuata qarşı hücumlara görə beynəlxalq təşkilatlar tərəfindən sərt tənqid olunan Azərbaycan hakimiyyəti müəyyən addımlar atmaqla bəzi problemləri yoluna qoymağa çalışır. Bununla belə, diplomat Azərbaycan hakimiyyətinin atdığı addımların mətbuat sahəsindəki ciddi problemləri aradan qaldıracağına inanmır: “Bu addımlar mövcud vəziyyətin yaxşılığa doğru dəyişəcəyinə dair optimis olmağa yetmir. Çünki hazırkı vəziyyəti dəyişmək, ölkədə azad mətbuatın inkişafı üçün Azərbaycan hakimiyyətinin güclü siyasi və sosial addımlar atması lazımdır. ABŞ hökuməti və beynəlxalq təşkilatlar müstəqil və müxalif mətbuata qarşı hücumların dayandırılması, jurnalistlərin siyasi-sosial hüquqlarının qorunması, müstəqil və müxalif medianın ayaqda qalması üçün güclü dəstək göstərməli olacaq. Bu və digər amillərə uzunmüddətli zəmanət olması üçün Azərbaycanda demokratiya və insan haqlarının inkişafı mütləqdir”.
    Sabiq səfirin 2007-ci il 1 iyun tarixli teleqramında isə ABŞ vitse-prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cozef Vudun Azərbaycanın maliyyə naziri Samir Şərifovla keçirdiyi görüşün təfərrüatları qeyd olunub. Enn Dersi yazır ki, mayın 29-da Cozef Vud ilə maliyyə naziri Samir Şərifovun görüşündə Azərbaycan hökumətinin iqtisadi-maliyyə siyasəti ətrafında fikir mübadiləsi aparılıb. Maliyyə naziri amerikalı qonağa deyib ki, Azərbaycan iqtisadiyyatı “gözlənildiyindən də artıq dərəcədə dinamik inkişaf edir”.
    Dövlət-vətəndaş münasibətlərinin müzakirəsi zamanı isə Samir Şərifov deyib ki, cəmiyyətin düşüncə və mədəni səviyyəsi dövlətə münasibətdə çətinliklər yaradır. Nazir bildirib ki, sovet hakimiyyətinin idarəçilik sistemi azərbaycanlıları dövləti aldatmaq yönündə formalaşdırıb. Samir Şərifov bu düşüncə və mentalitetin dəyişdirilməsi üçün uzun müddət gərək olduğunu deyib.
    Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü məsələsinə toxunan Şamir Şərifov ölkəmizin qeyri-enerji iqtisadiyyatının rəqabətə hazır olmadığını və bunun da DTT-yə üzvlüyə maneələr yaratdığını bildirib. Maliyyə naziri Azərbaycan iqtisadiyyatının “güclü və rəngarəng, eyni zamanda qlobal rəqabətə” hazır olmadığını söyləyib. Bununla yanaşı nazir deyib ki, Azərbaycan hakimiyyəti problemlər olmasına baxmayaraq, DTT-yə üzvlükdə maraqlıdır.
    Görüş zamanı Azərbaycanda korrupsiyanın olduğunu etiraf edən Samir Şərifov ABŞ rəsmisinə bildirib ki, korrupsiya və rüşvət hallarının geniş yayılması Azərbaycanı “çətin durum”la üz-üzə qoyub.
    Enn Dersinin başqa bir məktubu isə 2007-ci il iyunun 20-da yazılıb. Diplomat Vaşinqtona göndərdiyi teleqramda ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Sempsonun prezident İlham Əliyevlə görüşünün təfərrüatlarını qeyd edib.
    Sənədə görə, dövlət katibinin müavini prezidentə bildirib ki, Azərbaycanın regional biznes platformasına çevrilmək imkanı var. ABŞ rəsmisi qeyd edib ki, korrupsiyaya qarşı ciddi addımların atılması Azərbaycana xarici investisiyanın axınını sürətləndirə bilər. Sempson Əliyevin diqqətinə çatdırıb ki, o, Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizə strategiyasının daha mükəmməl olacağına və beynəlxalq öhdəliklərə uyğun formatda həyata keçiriləcəyinə ümid edir.
    İlham Əliyev amerikalı rəsmiyə bildirib ki, korrupsiyaya qarşı yeni strategiya kifayət qədər effektli olacaq. Əliyev keçmiş sovetlər birliyinə daxil olan 15 respublikada korrupsiya hallarının geniş yayıldığını xatırladaraq Azərbaycanın bu problemlə mübarizəyə ciddi önəm verdiyini söyləyib.
    İlham Əliyev ölkədə korrupsiyanın səviyyəsinin azaldılmasına yönəlik addımlar kimi yol polisi və hakimlərin əməkhaqqlarının artırılmasını göstərib. O qeyd edib ki, yol polislərinin əmək haqlarının 500 manata, hakimlərin maaşlarının isə 2000 dollara qədər artırılması bu sahələrdə rüşvət alma hallarını azaldıb.


    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO