“Böyük Amerika şirkətlərinin Azərbaycana sərmayə qoymaq maraqları daha da artır”. 7GUN.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
Onun sözlərinə görə, bu, Amerikadakı insanların Azərbaycanın necə tərəfdaş ölkə olmasını anlamalarından irəli gəlir. “Mən də səfir kimi bu əməkdaşlığın gücləndirilməsində və genişləndirilməsində maraqlıyam” - deyə M.Brayza vurğulayıb. Onun sözlərinə görə, son vaxtlar həmin Amerikan sərmayədarlarının Azərbaycanda səhm yatırmaları ilə bağlı xeyli müzakirədə iştirak edib.
7GUN.AZ