 |
Şrift : |
|
 |
Tarix : | 3-10-2011, 12:35 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 303 dəfə |
Like : |
|
Like : |
|
|
Taner Yıldız: “Rusiya-Türkiyə münasibətləri yalnız qaz kəməri siyasəti üzərində qurulmayıb”
Türkiyə Rusiya ilə "qərb marşrutu" üzrə qaz tədarükünə dair sazişi uzatmamasına baxmayaraq, "Cənub qaz dəhlizi" çərçivəsində RF-dən təkliflər gözləyir. Bunu jurnalistlərə Türkiyənin energetika naziri Taner Yıldız deyib. “Haberler.com” saytının verdiyi məlumata görə, Yıldız bildirib ki, Türkiyəyə Rusiya qazının tədarükü barədə müqavilənin uzadılmasından imtina iki ölkənin münasibətlərinə təsir etmir: "Rusiya-Türkiyə münasibətləri yalnız qaz kəməri siyasəti üzərində qurulmayıb, ona görə də iki ölkənin münasibətləri bundan zərər çəkmir". Onun sözlərinə görə, Türkiyə və Rusiyanın özəl sektoru "qərb marşrutu" üzrə Rusiya qazının alınmasına dair razılaşma əldə edə bilərlər.
7GUN.AZ
|