Avropa İttifaqı böhrandan çıxış yolları axtrarır

Şrift : |
Tarix :4-10-2011, 16:51
Bölmə : İqtisadiyyat
Kömək :    
Baxılıb : 271 dəfə
Like :
Like :

    Rəşad Həsənov: “Avropa İttifaqı büdcə kəsiri faizini azaltmaq şərti ilə kəsirin hər bir üzv ölkə ücün bərabər olmasını tezliklə təmin etməlidir”

    Avropa İttifaqı (Aİ) maliyyə böhranını önləmək üçün səylərini artırıb. Banklararası razılıq əsasında Yunanıstanın 37 milyard avro borcu silinib. Düzdür təhlillər böhrandan çıxış üçün ölkənin borcunun ən azı 40%-nin silinməli olduğunu göstərir. Hansıki bu da təxminən 70 milyard avro edir. Bu arada Almaniya parlamenti gərgin müzakirələrdən sonra Avropa Maliyyə Təhlükəsizliyi Fondunun ehtiyatlarının artırılması yönündə qərarı qəbul edib. Bununla da EFSF-nin ehtiyatlari Almaniyanın 210 milyard avro ödəməsi ilə 440 milyard avroya yüksəlib. İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Aİ-da böhranın gərginlik həddinə catdığını deyir. Onun fikrincə, bu hal dünya iqtisadiyatına da öz təsirini göstərir: “İlk olaraq banklarda özünü göstərən maliyyə çatışmazlıqlarının zamanında qarşısının alınmaması səbəbindən Yunanıstan iqtisadiyatı tamamilə iflic olub. Hesab edirəm ki, 440 milyard avro ilə İtaliya, İspaniya, Portuqaliya və İrlandiya kimi ölkələrdə böhranı yalnız gecikdirmək olar. Daha ciddi işlər görülməli, antiböhran tədbirləri sürətləndirilməlidir. Maliyyə qurumları arasında mükəmməl kordinasiya qurulmalıdır. Bunun üçün hətta yeni təşkilat da yaradıla bilər. Həmin təşkilat avrozonadakı bütün növ maliyyə axınlarını nəzarətə götürməlidir. Bu da maliyyə qurumlarının problemlərdən daha tez xəbər tutmasına imkan verəcək”.
    R.Həsənov bildirir ki, Aİ ölkələri İtaliya və İspaniya kimi ölkələrə aşağı faizli kreditlər ayırmalıdır: “ Bunun üçün EFSF –in büdcəsi 3 və ya 4 dəfə artırılmalıdır. Günümüzdə daha geniş yayılmaqda olan banklara dövlət zəmanəti öz effektivliyini itirməkdədir. Buna səbəb isə Avropa İttifaqı ölkələrində baş verənlərdir. Həmin dövlətlərin iflas olduğu halda nələrin baş verəcəyi məlum deyil”.
    Ekspert hesab edir ki, görülən tədbirlər Avrozona ölkələrinin iqtisadi strategiyalarına tam riayət etdikləri halda effektiv olacaq: “ Avropa İttifaqı büdcə kəsiri faizini azaltmaq şərti ilə kəsirin hər bir üzv ölkə ücün bərabər olmasını tezliklə təmin etməlidir. Sözügedən ölkələr artıq qazandıqları qədər xərcləməli olduqlarını anlamalıdırlar. Cünki bir ölkənin borcunu digərləri ödəməli olur. Bu da ədalətli deyil. Nəzərə alsaq ki,Avropa İttifaqı iqtisadi qurumdur deməli şərtlər hər bir uzv ölkə üçün səmərəli olmalıdır. Yunanıstanın avrozonadan çıxarılması fikri səmərəlilik prinsipinə əsaslansa da bu tamamilə yolverilməzdir. Cünki Şərqə doğru genişlənmək planları olduğu halda Avropa İttifaqından qopmalar arzuolunmaz və hətta son olar”.
    R.Həsənovun fikrincə, yaranmaqda olan iqtisadi böhrana qarşı dünya ölkələri birlikdə mübarizə aparmalıdırlar: “Əks halda dünya iqtisadiyatı, o cümlədən Azərbaycan ciddi təhlükə ilə üz-üzə qalacaq”.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

19.05.2012 ~ “Eurovision-2009” mahnı müsabiqəsinin qalibi Bakıda

19.05.2012 ~ Mobil telefon alarkən nələrə diqqət yetirmək lazımdır?

19.05.2012 ~ "Facebook"un səhmləri uğurla satılıb

19.05.2012 ~ Bakıda tələbə özünü 5-ci mərtəbədən atdı

18.05.2012 ~ Elgizlə Zaur yeni iş axtarmalı olacaq

18.05.2012 ~ Seksual qalmağın sirrini açıqladı

18.05.2012 ~ Şabranda ata ilə oğul iki qardaşı bıçaqladı

18.05.2012 ~ Fransa prezidentinin təyyarəsini ildırım vurdu

18.05.2012 ~ Avronun düşməsi Azərbaycana nə vəd edir?

18.05.2012 ~ 3 kollec akkreditasiyadan keçirilib

18.05.2012 ~ QMİ-dən gey-parad açıqlaması

18.05.2012 ~ Nazirlik jurnalistlər üçün müsabiqə elan etdi

18.05.2012 ~ Bakı üçüncü dəfə kuboku aldı

18.05.2012 ~ İndi də müğənnilik edəcək

17.05.2012 ~ Deputat Səttar Möhbalıyev kazinolara himayədarlıq edir -FOTO

17.05.2012 ~ MEDİA HÜQUQU İNSTİTUTU DÖVLƏT QURUMLARI BARƏDƏ HESABAT YAYDI - FOTOLAR

17.05.2012 ~ OMBUDSMAN ACLIQ EDƏNLƏRLƏ MARAQLANMIR

17.05.2012 ~ "İntim norma" nədir, onu necə tənzimləyək?

17.05.2012 ~ Məktəblərdə rüşvət necə yığılır?

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

Fotoqalereya ~ Foto arxiv...

“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda”
“Qurdlar vadisi”nin qəhrəmanları “uşaqlıqda” -FOTO