 |
Şrift : |
|
 |
Tarix : | 14-10-2011, 11:07 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 270 dəfə |
Like : |
|
Like : |
|
|
Böhran Avropa Qrupunu fikirləşməyə vadar edir
Avropada davam edən borc böhranı Brüsseldə müzakirə olunub Belçikanın paytaxtı Brüsseldə rəsmi səfərdə olan Yunanıstanın baş naziri Georq Papandreu Avropa Qrupunun sədri Jan Klod Yunkerlə görüşüb. Baş nazirlə Avropada baş almış borc böhranını müzakirə edən Jan Klod Yunker, Yunanıstanın Avrozonadan uzaqlaşdırılacağı barədə şayiələri qəti şəkildə rədd edib. Avropa Birliyinin maliyyə nazirlərindən ibarət qrupun sədri, Yunanıstanı defoltdan xilas etmək üçün əllərindən gələni edəcəklərinə söz verib. Görüş zamanı Papandreu Slovakiya parlamentinin Avropanı cənginə alan maliyyə böhranının yatırılması üçün maliyyə yardımı paketini artırması qərarını alqışlayıb. Bunu təqdirəlayiq hal adlandırıb və bildirib ki, qərarın qəbul olunması çətin və çıxılmaz vəziyyətlərdə belə böhrana son qoymaq qətiyyətinin olduğunu sübut edir. Yunanıstanın baş naziri çıxışı zamanı eyni zamanda ölkəsində böyük dəyişikliklər aparacağına söz verib. Slovakiya parlamenti maliyyə yardımı paketini təsdiqləmiş sonuncu – 17-ci Avropa hökumətidir. Yunanıstan və Portuqaliya kimi “borc bataqlığında” olan ölkələrin defoltdan yaxa qurtarmasına və istiqrazları ödənilməyən bankların təkrar maliyyələşdirilməsinə yönəlmiş ümumi maliyyə paketi artıq 600 milyard dolları keçib.
7GUN.AZ
|