 |
Şrift : |
|
 |
Tarix : | 17-10-2011, 16:08 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 244 dəfə |
Like : |
|
Like : |
|
|
Dmitri Belikov: “Türkiyə Qazprom üçün hər mənada çox önəmli bir bazardır”
İran Neft Sənayesi nazirinin müavini və Milli Qaz Şirkəti İdarə Heyətinin sədri Cavat Ocinin “Türkiyəyə qaz nəqlini artırmağa hazırıq” açıqlaması Rusiyanın “Kommersant” qəzetində müzakirə edilib. 7GÜN.AZ portalı Rusiyanın Rusya.ru saytına istinadən xəbər verir ki, qəzetin müxbirlərindən Dmitri Belikov Türkiyə Qazprom üçün hər mənada çox önəmli bir bazardır. Onun sözlərinə görə, rus qazının ən çox ixrac edildiyi ölkələr arasında Almaniyadan sonra gələn ikinci dövlət Türkiyədir: “Ancaq bu ölkənin almaqdan imtina 6 milyard kubmetr qaz Ankara üçün çox əhəmiyyətlidir. Çünki Türkiyə də istifadə etdiyi bütün qazı idxal edir”. İranın təbii qazı Türkiyəyə hansı qiymətə təklif etdiyini bilmədiyini, ancaq Tehrandan Ankaraya edilən qaz nəqlində davamlı problemlərin yaşandığını ifadə edən Belikov deyib ki, buna görə də Türkiyə İran qazına ehtiyatlı yaxınlaşır. Türkiyənin Rus qazına qarşı daha məsafəli yaxınlaşdığını qeyd edən rus müxbirin fikrincə, bunun səbəbi nə Qazprom, nə də təbii qaz qiymətidir. Jurnalist onu da vurğulayıb ki, Türkiyə, Avropa Birliyi ilə olan fərqli əlaqələri nəzərə alaraq, Rusiya ilə etdiyi razılaşmadan üstünlük təmin etmək istəyir.
7GÜN.AZ
|