 |
Şrift : |
|
 |
Tarix : | 20-10-2011, 20:37 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 303 dəfə |
Like : |
|
Like : |
|
|
Büdcə neftdən asılıdır, səhiyyə və təhsil xərcləri beynəlxalq standartlardan geri qalır, ciddi əmək haqqı və pensiya artımları gözlənilmir
Məlum olduğu kimi, 2012-ci ilin büdcə layihəsi parlamentin müzakirəsinə oktyabrın ikinci yarısında təqdim ediləcək. Hələlik isə büdcənin ictimai müzakirəsi prosesi gedır. Gələn ilin büdcə xərcləri ən çox diqqəti çəkən məqamlardan biridir. Belə ki, 2012-ci ilin büdcə xərcləri 17,0 milyard manat həcmində proqnozlaşdırılıb. Gəlirləri isə 16,4 milyard manat təşkil edəcək. Büdcə xərcləri ümumi daxili məhsulun (ÜDM) 37,8 faizi, xərcləri 39,1 faizi həcmində olacaq. Büdcə layihəsini şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) ekspertləri bildirirlər ki, hər il olduğu kimi gələn il də neft sektorunun büdcədəki payı dominant olacaq: “Maliyyə Nazirliyinin açıqlamasına görə, büdcə gəlirlərinin 12 milyard manatı (73.2 faizi) neft , 4,4 milyard manatı (26,8) qeyri-neft sektoru üzrə daxilolmaların payına düşür. Lakin Dövlət Neft Fondunun, eləcə də Dövlət Neft Şirkətinin ödənişlərini nəzərə alsaq, büdcədə neft sektorunun payı təxminən 80 faizə yaxındır. Dövlət büdcəsində qeyri-neft sektorunun payı 3 milyard 287 milyon manatdır. Praktiki dövlət büdcəsində qeyri-neft sektorunun payı icmal büdcənin kəsirindən 1,5 milyard manat çoxdur. Kəsirlə qeyri-neft büdcəsinin məbləğinin müqayisəsi 2012-ci ildə də büdcənin neft sektorundan asılılığının davam edəcəyini göstərir. Digər tərəfdən, qeyri-neft sektorunun payının icmal büdcənin kəsirindən cəmi 1,5 milyard manat çox olması kifayət qədər riskli, narahatçılıq doğuran məqamdır. Bu, büdcə gəlirlərinin formalaşmasının dayanıqlı olmaması deməkdir”. Mütəxəssislərin müqayisəli təhlillərinə görə, gələn il fonddan büdcəyə 12,5 milyard dollar vəsait transfert ediləcək ki, bu da Ermənistanla Gürcüstanın birgə büdcəsindən təxminən 2 dəfə çox olacaq: “Transfertlərin büdcənin gəlirlərinin formalaşmasında həlledici rol oynaması fondun yaradılması prinsiplərinə ziddir”. Ekspertlərin fikrincə, 2012-ci ilin büdcəsində investisiya xərcləri əvvəlki ilə nisbətən 1,5 faiz azaldılsa da, yenə də bu istiqamətdə xərclərin payı böyükdür: “Gələn il investisiya xərclərinə 5,8 milyard manat, sosialyönümlü xərclərə 4,7 milyard manat vəsait yönəldiləcək. Bu büdcənin sosialyönümlü deyil, investisiyayönümlü olacağını göstərir. Xarici kreditlər hesabına maliyyələşən layihələr yenə də büdcəyə daxil edilib”. İSİM iqtisadçıları büdcə sistemində bu ənənənin 2010-cu ildən başladığını vurğulayırlar: “Gələn ilin icmal büdcəsi ilə bağlı da analoji addım atılıb. İcmal büdcəyə xarici kreditlər hesabına maliyyələşdirilən layihələr üzrə xərclər daxil edilib. Həmin xərclər 1 472,6 mln. manat nəzərdə tutulub. Bu da 2011-ci ilin göstəricisindən 283, 6 mln. manat və ya 23,9 faiz, 2010-cu ilin icrasına nisbətən 2.7 dəfə çoxdur”. Vergi ödənişlərinin isə büdcədə payı azalıb. Ekspertlər 2012-ci ildə vergi ödənişlərinin əvvəlki illərlə müqayisədə büdcədə payının kiçik olacağına da diqqəti çəkirlər. Maraqlı məqam isə odur ki, 2012-ci ildə ciddi əmək haqqı və pensiya artımları proqnozlaşdırılmır. musavat.com
|