WTI nefti 2,97 dollar və ya 3,2% azalaraq, 1 barelə görə 90,20 dollar təşkil edib
Oktyabrın 26-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 2,97 dollar və ya 3,2% azalaraq 1 barelə görə 90,20 dollar təşkil edib.
7GUN.AZ-ın «APA-Economics»ə istinadən verdiyi məlumata görə, oktyabrın 26-da ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 2,01 dollar və ya 1,8% azalaraq 108,91 dollar təşkil edib.
7GUN.AZ