 |
Şrift : |
|
 |
Tarix : | 4-11-2011, 18:30 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 533 dəfə |
Like : |
|
Like : |
|
|
Azercell” rəhbərliyi onlara verilən tezliyin B&B TV şirkətinin istifadə etmədiyi halda boşaltmadığından şikayət edir
“Azercell” şirkətinin prezidenti Ali Ağan Azərbaycan hökumətinin onlara “3G” tarifini verməməsi ilə bağlı şikayət edib. O, bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycanı 3G-dən məhrum edirlər. Prezident həm də “Azercell”in MDB ölkələri arasında 3G-yə görə ən geridə qalmasını həzm edə bilmədiyini də dilə gətirib. 7GUN.AZ “Qafqazinfo” portalına istinadən xəbər verir ki, 3G ilə bağlı onlara verilən tezliyin B&B TV şirkətinin istifadə etmədiyi halda boşaltmadığını da bildirib: “Onlar bu tezliyi boşaltmaq üçün 2 ay vaxt istəmişdilər. Bu vaxt oktyabr 27-də başa çatıb. Amma hələ də tezliyi boşaltmayıblar və bundan imtina edirlər. Biz bu işlə xüsusi olaraq məşğul olan beynəlxalq şirkət vasitəsi ilə araşdırma aparmışıq və əlimizdə sübut var ki, hazırda o tezlik boşdur və istifadəsizdir. Lakin bilmirik nəyə görə B&B TV bizə əngəl olur və qarşımızda maneə yaradır”.
Ali Ağan B&B TV-nin onu qanunları bilməməkdə ittiham edən açıqlamasına da münasibət bildirib: “Şirkətlər arasında belə qarşılıqlı açıqlamaların verilməsi doğru deyil. Lakin mən həmin şirkətin açıqlamasına cavab vermək məcburiyyətindəyəm. Həmin şirkətin rəhbərliyinin qanunvericilikdə xəbərləri varsa, onlara sual vermək istəyirəm. Mümkündürsə, bu sualları cavablandırsınlar:
1. Onlar bu tezliyin boşaldılması üçün bizdən pul istəyirlər. Cavab versinlər ki, nə qədər pul istəyirlər?
2. Azərcell bu dəqiqə də həmin pulu verməyə hazır olduğunu bildirdiyi halda nə üçün o pulu qəbul etmirlər?
3. Azərfona verilən 3G tezliyi də B&B TV-yə məxsus olub. Açıqlasınlar ki, bu tezliyi onlara vermək üçün pul alıblarmı?
4. Və nəhayət antirəqabət şəraiti yaratmaq özü qanunu pozmaq deyilmi?”.
7GUN.AZ
|