2011-ci ilin yanvar-iyul aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 10,0 faiz üstələyərək 8,9 milyard manata çatıb.
2011-ci ilin yanvar-iyul aylarında ölkə üzrə pərakəndə əmtəə dövriyyəsinin həcmi 2010-cu ilin müvafiq dövrünün göstəricisini 10,0 faiz üstələyərək 8,9 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən 24saat.az-a verilən məlumata görə, istehlak mallarının 14,7 faizi hüquqi, 85,3 faizi fiziki şəxslər tərəfindən realizə olunub. Əhalinin ticarət şəbəkələrində xərclədikləri vəsaitin 5,5 milyard manatı ərzaq məhsullarının, 3,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Yeddi ay ərzində xidmət şəbəkələri vasitəsilə əhaliyə 2,7 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çox pullu xidmətlər göstərilib. Xidmətlərin 77,8 faizi hüquqi, 22,2 faizi fiziki şəxslərin payına düşmüş və onların tərəfindən əhaliyə müvafiq olaraq 6,8 və 12,9 faiz çox pullu xidmət göstərilib.