 |
Şrift : |
|
 |
Tarix : | 15-09-2011, 16:21 |
Bölmə : |
İqtisadiyyat |
Kömək : |
|
Baxılıb :
| 279 dəfə |
Like : |
|
Like : |
|
|
Xalid Mikayılov: “İnvestisiya fondları qeyri-neft sektorunun, maliyyə bazarının, eləcə də iqtisadiyyatın inkişafı üçün əhəmiyyətlidir”
İnvestisiya fondlarının yaradılması məsələsi yenidən gündəmə gəlib. Xatırladaq ki, bu barədə qanun 1999-cu ildə qəbul edilib.mişdir. Sonradan qanun müasir tələblərə cavab vermədiyindən yeni qanunla əvəzlənib. Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi artıq hüququi bazanın formalaşmasının başa çatdığı və bunun ölkədə investisiya fondlarının yaradılmasını stimullaşdıracağı bildirilir. Komitədən həmçinin qeyd edilir ki, artıq bir sıra xarici təşkilatlar investisiya fondlarının yaradılması üçün müraciət ediblər. Onu da bildirək ki, 1999-cu ildə qanunun qəbul edilməsinə baxmayaraq, indiyə kimi ölkədə investisiya fondları yaradılmayıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Xalid Mikayılovun sozlərinə görə, indiyə qədər ölkədə ölkədə investisiya fondlarının yaradılmamasının bir sıra səbəbləri olub: “İnvestisiya fondları hər hansı müəssisəyə investisiya qoyuluşundan əvvəl onun fəaliyyətinin səmərəliliyi, məhsulların rəqabətə davamlı olması, mühasibatlığın beynəlxalq standartlara uyğun aparılması, korporativ idarəetmə standartlarının tətbiq edilməsi və s bu kimi məsələləri nəzər alırlar. Azərbaycanda belə fondların yaradılmasını stimullaşdırmaq üçün ilk öncə qeyd edilən sahələrdə inkişafa nail olunmalıdır”. İnvestisiya fondlarının üstünlüklərindən söz açan ekspert qeyd edir ki, investisiya olunan layihələr banka qoyulmuş vəsaitlərdən daha çox gəlir gətirməlidir. Həmçinin qiymətli kağızlar bazarının həcm və keyfiyyətini artırmalıdır. “İnvestisiya fondları vəsaitlərini müəssisələrin səhm, istiqraz və digər qiymətli kağızlarını almaqla yerləşdirirlər” deyən X.Mikayılov Azərbaycanda qiymətli kaığızlar bazarının həcminin az olduğunu diqqətə çatdırır. Ekspert bildirir ki. investisiya fondlarının yaradılması Azərbaycanda sayı artmaqda olan səhmdar cəmiyyətlərin maliyyələşdirilməsi baxımından da olduqca əhəmiyyətlidir: “İnvestisiya fondlarının bir sıra üstünlükləri var. Fondların faəliyyəti yerli sahibkarların və səhmdar cəmiyyətlərin maliyyələşdirilməsində mühüm rol oynaya bilər. Belə ki, investisiya fondları kiçik vəsaitlərə sahib olan çoxlu sayda investorların vəsaitlərini toplayır. Sonra onları səmərəli investisiya layihələrinə yönəldir. Bu praktikanın tətbiqi yerli sahibkarlara yüksək faizli bank kreditlərindən əlavə də vəsait mənbələri əldə etməyə imkan verə bilər. Yəni investisiya fondları yerli sahibkarlığın maliyyə mənbələrinin artırılması baxımından yaxşı vasitədir”. Mütəxəssis qeyd edir ki, gəlirlik baxımından investisiya fondları kiçik investorlar üçün daha sərfəlidir: “Hər şeydən əvvəl bura pul yatıran investor davamlı olaraq səhm və ya istiqraz qiymətlərinin qalxıb-enməsini izləmək məcburiyyətində qalmır. Belə ki, qərarlar investisiya şirkətində çalışan professional menecerlər tərəfindən verilir. Bundan başqa investisiya fondları risklərin bölüşdürülməsi baxımından investorlara üstülüklər qazandırır. Bütün hallarda hər hansı müəssisənin qiymətli kağızlarına pul yatıran investor həmin müəssiəsnin fəaliyyətindən asılı olur. Lakin investisiya fondları öz vəsaitlərini müxtəlif sahələrə və müəssisələrə yönəltdiyi üçün bu risklər aşağı düşür”. Ekspertin sözlərinə görə. ümumilikdə belə fondların yaradılması qeyri-neft sektorunun, maliyyə bazarının, eləcə də qtisadiyyatın inkişafı üçün əhəmiyyətlidir.
7GUN.AZ
|