 |
Şrift : |
|
 |
Tarix : | 19-12-2011, 12:15 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 143 dəfə |
Like : |
|
Like : |
|
|
Onun ailədaxili problem ucbatından özünü öldürdüyü bildirilir
Azərbaycanda Tovuz rayonunda gənc oğlan özünü öldürüb. Rayon Prokurorluğundan milli.az-a verilən məlumata görə, Cəlilli kəndində yaşayan 24 yaşlı Etimad Qasımov özünü yaşadığı evin həyətindəki ağacdan asıb.
Mərhumun asılmış meyitini qardaşları aşkarlayıblar. Etimad Qasımovu evdə tapmayan ailə üzvləri onu axtarmağa başlayıblar. Gecə saatlarında onu ağacdan asılmış vəziyyətdə tapıblar.
E.Qasımovun özünə qəsd etməsinin konkret səbəbi açıqlanmasa da, onun ailədaxili problem ucbatından özünü öldürdüyü bildirilir.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
|