 |
Şrift : |
|
 |
Tarix : | 20-12-2011, 12:56 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 143 dəfə |
Like : |
|
Like : |
|
|
Polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları axtarışa başlayıblar
Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması ilə bağlı verilən məlumat metronun işinə təsir etməyib və qatarların hərəkət cədvəlində problem yaratmayıb. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov deyib.
Qeyd edək ki, Bakıda metronun "Sahil" stansiyasına bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbədən verilən məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər Daxili İşlər Nazirliyinin "qaynar xətt"inə zəng edərək metronun "Sahil" stansiyasına bomba qoyulması barədə məlumat verib.
Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşları stansiyada yoxlamalar aparıb və məlumat təsdiqini tapmayıb.
|