 |
Şrift : |
|
 |
Tarix : | 22-12-2011, 13:26 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 144 dəfə |
Like : |
|
Like : |
|
|
Gənc polis bölməsinə gedərək törətdiyi əməli etiraf edib
Bakının Yasamal rayonu ərazisində gənc oğlan qonşusundan qisasını qəribə üsulla alıb. Rayon Polis Şöbəsindən milli.az -a verilən məlumata görə, Vüsal adlı şəxs qonşusu Ədalət Muxtarova qarşı acığını onun maşınını yandırmaqla çıxıb.
Hadisə bu gün saat 11:00 radələrində Rabitə Kollecinin yataqxanasının yaxınlığında baş verib. Yataqxanada yaşayan Vüsal benzin tökərək qonusu Ədalət Muxtarovun “VAZ-2107” markalı avtomobilinə od vurub. Maşın tamamilə yanıb. O, maşını yandırdıqdan sonra Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə gedərək törətdiyi əməli etiraf edib.
Vüsal ilkin dindirmə zamanı bildirib ki, qonşusu Ədalət Muxtarov hər dəfə ona baxaraq gülür, özündən razı hərəkətlər edirmiş. Bunun üstündə bir neçə dəfə mübahisələri də olub. Bu gün də eyni məzmunda mübahisələri düşüb.
Vüsal “razborka” etmək üçün Ə.Muxtarovun maşınına minərək yataqxananın yaxınlığında yerləşən kənd təsərrüfatı məhsullarının yarmakası keçirilən əraziyə gəliblər. Vüsal orada Ədalətin maşınının açarını götürərək ondan maşından düşməsini tələb edib. Sürücü maşından düşməyib, bu zaman Vüsal özü ilə götürdüyü benzini onun maşınının üstünə tökərək od vurub. Ədalət Müxtarov yanan maşından güclə xilas olub. Maşın isə yanaraq külə dönüb.
Hazırda faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
|