 |
Şrift : |
|
 |
Tarix : | 26-12-2011, 13:47 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 205 dəfə |
Like : |
|
Like : |
|
|
Cəlilabad rayonunda bir müddət əvvəl toy çalınan ev yasa dönüb. Rayon Prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, iyun ayında Günəşli kəndinə gəlin köçən 15 yaşlı Rədimə Həsənova özünü yaşadığı evin həyətində öldürüb. Təzə gəlinin meyitini də elə gənc əri həyətdə yerləşən yardımçı tikilidə asılımış vəziyytədə aşkarlayıb.
Bu ilin iyununda, hələ 15 yaşını tamam olmadan ərə verilən qızın özünə qəsd etməsinin səbəbləri məlum deyil. Prokurorluq intiharın səbəbləri araşdırma üçün mərhumun ərini istintaqa çağıraraq dindirir.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
|