Dənizkənarı Milli Parkda gənc oğlan özünü Paraşüt qülləsindən atmaq istəyib
Şəxsiyyəti müəyyənləşməyən gənc oğlan Paraşüt qülləsinə çıxaraq özünü atmaq istəyib. Qüllənin yarısına kimi qalxan oğlan qışqıraraq özünü öldürəcəyini bildirib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Dənizkənarı Milli Parka toplaşan gənclər intihara cəhd edən şəxsi fikrindən daşındırmaq üçün Bakı Biznes Mərkəzinin şüşələrinə üzərinə “Həyatı Sev” sözləri yazılmış plakatlar yapışdırıblar. Özünü qüllədən atmaq istəyən oğlanın ailə üzvləri də hadisə yerinə gəliblər.
Əraziyə çağırılan psixoloq artıq Paraşüt qülləsinə qalxıb və gənci intihar cəhdindən daşındırmağa çalışıb. Psixoloqun səylərindən sonra oğlan qüllədən enməyə razı olub. Bununla da intihar cəhdinin qarşısı alınıb.