Bayram günlərində Azərbaycanda 2 nəfər dəm qazından boğularaq ölüb, 9 nəfər isə zəhərlənib
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 1-də Xətai rayon sakini Anna Zemlyanskaya və Ceyranbatan qəsəbə sakini Dayandur Süleymanov yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.
Bundan başqa, dekabrın 31-də Xırdalan şəhər sakinləri Gülsüm Rəsulova, Nuranə Xudaverdiyeva, Saray qəsəbə sakini Nizami Cəfərov, yanvarın 1-də isə Sumqayıt şəhər sakinləri Qəmər Abıyeva, Nurəddin Rəhimov, Tural Vəliyev, Kəmalə Həsənova, Novxanı qəsəbə sakini Canpolad Zakirov, və Gəncə şəhər sakini Rəxşəndə Hüseynova mənzillərindən dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanalara yerləşdiriliblər.