 |
Şrift : |
|
 |
Tarix : | 11-01-2012, 18:53 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 274 dəfə |
Like : |
|
Like : |
|
|
ANS televiziyasının aparıcısı Ülvira Qarayevanın həyat yoldaşı Tərlan Dağlının dünən gecə bıçaqlanmasında əli olduğu barədə xəbərlər yayılıb.
Bu barədə “Qafqazinfo”ya etibarlı mənbələrdən və o cümlədən hüquq mühafizə orqanlarından məlumat daxil olub. Məlumata görə, baş vermiş hadisədə bir çox şübhəli məqamlar ortaya çıxıb. Hadisənin törədilməsində xanım teleaparıcının da əl ola bilər. Bu faktın təsdiqlənəcəyi halda Ü. Qarayevanın həbs olunacağı gözlənilir.
Bu barədə “Qafqazinfo”nun sualını cavablandıran Ü. Qarayeva ona qarşı olan ittihamları gülərək qarşılayıb və cavab verməyib: “Bir neçə dəqiqədən sonra ANS Televiziyasında yayımlanan “Toy olsun”a baxın. Hər şey orada açıqlanacaq”.
Qeyd edək ki, 1 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, Ü. Qarayeva hadisə baş verəndən indiyə qədər həyat yoldaşına baş çəkməyib.
Ü. Qarayeva “Toy olsun”da sözügedən məsələyə münasibət bildirib. O, indi danışa bilmədiyini, hər şeyin yalnız onun əlində olmadığını deyib: “Mən ilk dəfədir efirdə icazəsiz telefonla oturmuşam. Hər an zəng gözləyirəm. O zəng ya hər şeyi həll edəcək, ya da mənim sonum olacaq”. Bu sözlərdən sonra aparıcı göz yaşlarını saxlaya bilməyib.
|