 |
Şrift : |
|
 |
Tarix : | 15-01-2012, 10:37 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 204 dəfə |
Like : |
|
Like : |
|
|
Hacıqabulda növbəti dəhşətli avtomobil qəzası baş verib.
Dünən günorta 12:30 radələrində Bakı Qazax yolunun 134-ci kilometrliyində Hacıqabulun Muğan qəsəbəsi ərazisində həmin qəsəbənin sakini 1996-cı il təvəllüdlü Əzizli Toğrul İlham oğlunun idarə etdiyi VAZ 2106 markalı 10 EK 483 nömrəli avtomabil əvvəlcə yüksək sürətlə həmyerlisi 1988-ci il təvəllüdlü Əmirov Məhəmməd Aydın oğlunun idarə etdiyi “Mercedes” markalı 10 XP 565 nömrəli minik maşınına daha sonra isə Şirvan şəhərində yerləşən Üzən Nasoslar Stansiyasının təmiri zavoduna məxsus olan və sürücü Rüstəmov Feruz Əli oğlunun idarə etdiyi “KamAZ” markalı 18 AC 299 nömrəli yük maşınına çırpılıb.
Nəticədə VAZ 2106 markalı idarə edən 15 yaşlı Əzizli Toğrul İlham oğlu aldığı xəsarətlərdən Şirvan Mərkəzi xəstəxanasında ölüb. Məlumat üçün qeyd edək ki, Toğrul Əzizli Hacıqabul rayonunda yerləşən Yol İdarəsinin müdiri İlham Əzizovun oğludur. Şahidlərin dediyinə görə, mərhum qardaşı ilə avtomabillə ötüşərkən qəzaya uğrayıb. Faktla bağlı artıq BDYP-nin istintaq bölməsində araşdırmaya başlanılıb.
|