 |
Şrift : |
|
 |
Tarix : | 19-01-2012, 12:27 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 222 dəfə |
Like : |
|
Like : |
|
|
Rüşvət alan yol polislərinin işi prokurorluğa verildi
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları - Fəqan Əvəzov, Natiq Məmmədov və Emin Paşayev xidməti vəzifələrinin icrası zamanı yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində qanunla nəzərdə tutulmuş inzibati tədbirlər görmədiklərinə görə Daxili işlər nazirinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilməklə barələrində toplanmış materiallar əməllərinə hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa daxil olub.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, hazırda həmin materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılır. Nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
|