 |
Şrift : |
|
 |
Tarix : | 23-01-2012, 13:42 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 171 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycanda dəm qazından bir neçə ölüm faktı baş verib
Azərbaycanda dəm qazından bir neçə ölüm faktı baş verib. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, yanvarın 21-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində kirayədə yaşayan Astara rayon sakini Naib Əsgərov yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Həmin gün Sumqayıt şəhəri ərazisindəki «Qu Gölü» motelində, orada istirahət edən Lənkəran rayon sakini Aytəkin Kəlbizadə dəm qazından boğularaq dünyasını dəyişib.
Yanvarın 21-də Binəqədi rayonundakı 3-cü Mədənin ərazisində tikilmiş evdə orada yaşayan Nazim Hüseynovun dəm qazından boğulmuş meyiti tapılıb.
|