 |
Şrift : |
|
 |
Tarix : | 23-01-2012, 13:50 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 160 dəfə |
Like : |
|
Like : |
|
|
Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 20-ci kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində avtomobil qəzası baş verib.
Biləsuvar rayon sakini, 45 yaşlı Tofiq Lətif oğlu Aslanov idarə etdiyi “VAZ” markalı maşınla hərəkətdə olarkən yolların buz bağlaması səbəbindən qəfil idarəetməni itirib. Avtomobil yuvarlanaraq yolun kənarındakı arxa düşüb. Sürücü və avtomobildəki daha 2 nəfər sərnişin xilas olaraq magistral yola çıxıb.
Elə bu zaman əks istiqamətdən gələn Maştağa qəsəbəsində yaşayan Laçın sakini Bəymurad Elşən oğlu Mustafayevin idarə etdiyi “BMV” markalı avtomobil sürüşərək qarşıdakı başqa bir “VAZ” markalı avtomobilə çırpılıb və birinci qəzadan qurtulmuş piyadaları vurub. Nəticədə sürücü Tofiq Aslanov, Biləsuvar sakini, 38 yaşlı Abbas Məmmədağa oğlu Məmiyev və onun bacısı 44 yaşlı Həqiqət Məmiyeva müxtəlif bədən xəsarətləri ilə yaralı vəziyyətdə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
|