Minaya düşənlərdən birinin ayağı amputasiya edilib
Goranboy rayonunun Meşəli kəndində ermənilərlə üzbəüz mövqelərimizin arasındakı neytral ərazidə Kəlbəcər rayonundan olan 2 məcburi köçkün minaya düşüb. Onlar Ağcabədidə yerləşən hospitala aparılıb. Yaralılara ilk tibbi yardım göstərilib. Sağ ayağı amputasiya olunan 39 yaşlı Məmməd Vəliyev Gəncədəki Kəlbəcər rayon Mərkəzi xəstəxanasına göndərilib. O vəziyəti ağır olduğundan Göygöl rayon Mərkəzi xəstəxanasına köçürülüb. Digər yaralı 25 yaşlı Qənbər Abbasova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.