 |
Şrift : |
|
 |
Tarix : | 5-02-2012, 11:07 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 132 dəfə |
Like : |
|
Like : |
|
|
Hadisəyə səbəb qaz sızması və elektik xətlərində yaranan qısaqapanma olub
Ötən gün Xaçmaz rayonunda fərdi evlərin birində güclü partlayış və şiddətli yanğın olub. Fövqəlada Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Nöhbala Musayevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, yanğın Xudat sakini Teymur Əligülməmmədoğlu Əliyeviçə məxsus 1 mərtəbəli, 4 otaqlı mənzildə baş verib. Nəticədə 190 kvm sahəsi olan ev tamamilə yanaraq külə dönüb. Nöhbala Musayevin sözlərinə görə, hadisənin baş verməsinəsəbəb qazsızması və sonradan elektik xətlərində yaranan qısaqapanma olub.
Hadisə yerinə 2 yanğınsöndürən maşın gedib. Yanğının digər evlərə keçməsinin qarşısı alınsa da, ev tamamilə yanıb. Yanğınsöndürənlərin hadisə yerində işlədiyi vaxt 3 dəfə güclü partlayış baş verib.
Qeyd edək ki, xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb, lakin Əliyeviçlər ailəsi şaxtalı bir gündə gecəni küçədə keçirməli olublar.
|