Ötən gün axşam saat 9 radələrində Ağsunun Dilmand kəndində yanğın baş verib. 83 yaşlı Ağacan Ağayevə məxsus ev əşyaları ilə birlikdə tamamilə yanaraq külə dönüb. Hadisə yerinə Ağsu və Şamaxı rayonlarının yanğunsöndürənləri cəlb olnub. 4 saatdan sonra alovun qarşısının almaq mümkün olub.Yanğın söndürüldükdən sonra ev sahibinin yanmış cəsədi aşkarlanıb.
Kənd sakinlərinin və yanğınsöndüurənlərin səyi nəticəsində alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır. Yanğının səbəbəri araşdırmalardan sonra açıqlanacaq.