 |
Şrift : |
|
 |
Tarix : | 11-02-2012, 14:50 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 161 dəfə |
Like : |
|
Like : |
|
|
Xəzər dənizin Sumqayıt, Novxanı və Corat sahilləri dondu
Xəzər dənizinin Sumqayıt, Novxanı və Corat sahillərində suyu donub.Adıçəkilən ərazidə müşahidə aparan əməkdaşının verdiyi məlumata görə, donma dənizin içərilərinə doğru yüzlərlə metr ərazidə müşahidə edilir. Uzaq məsafədən dənizin ağaran sahili görünür.
Ekoloqlar Xəzər dənizinin Rusiya ərazisinə düşən hissəsi üçün donma hallarının xarakterik olduğunu desə də, Azərbaycanda bunun nadir hadisə olduğunu düşünür. Xəzərin Azərbaycan ərazisinə düşən hissəsində donma hadisəsi axırıncı dəfə 1969-cu ilin fevral ayında baş verib.
Xatırladaq ki, bir neçə gün öncə Xəzərin şimal sahillərində, Xaçmaz və Nabranda buzlaşma müşahidə olunmuşdu.
|