 |
Şrift : |
|
 |
Tarix : | 13-02-2012, 15:07 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 131 dəfə |
Like : |
|
Like : |
|
|
Bakının Nəsimi rayonu ərazisində avtobus sürücüləri bıçaq davasına çıxıblar
Rayon Polis İdarəsindən verilən məlumata görə, qanlı hadisə fevralın 11-də R.Cəfərov küçəsində baş verib.
Bakı şəhər sakini Azər Səfərov mübahisə zəminində bıçaqla Zaur İsmayılovun qarın nahiyəsindən xəsarət yetirib.
A.Səfərov Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub. O, ifadəsində hər ikisinin avtobus sürücüsü olduğunu və Z.İsmayılovun ona 300 manat borcu olduğunu bildirib. Hadisəyə də elə həmin borcun qaytarılmaması səbəb olub. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
|