 |
Şrift : |
|
 |
Tarix : | 14-02-2012, 17:20 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 144 dəfə |
Like : |
|
Like : |
|
|
Bakıda doqquzmərtəbəli binada partlayış olub
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, paytaxtın Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində yüksək gərginlikli elektrik lövhəsində partlayış baş verib.
Hadisə nəticəsində girişdə döşəmə çöküb. Partlayışdan sonra yanğın baş verməyib. Elektrik lövhəsinin partlaması nəticəsində binaya işıq verilişi dayanıb. Liftdə qalan 1 nəfər bina sakini isə xüsusi alət və avadanlıqlar vasitəsilə yanğınsöndürənlər tərəfindən xilas olunub.
Qeyd edək ki, nazirliyin ilkin ehtimalına görə, partlayışa qısaqapanma səbəb olub.
|