 |
Şrift : |
|
 |
Tarix : | 17-02-2012, 11:09 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 113 dəfə |
Like : |
|
Like : |
|
|
İnsident nəticəsində ölən və yaralanan var
Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, Zeytun küçəsində “AZsamand” markalı 10 TE 734 dövlət nömrə nişanlı maşın yoldan çıxaraq hasara çırpılıb.
Nəticədə taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsü Vüqar Arif oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Avtomobildəki sərnişin Namiq Abbas oğlu Abbasov isə xəsarət alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla əlaqədar Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
|