 |
Şrift : |
|
 |
Tarix : | 20-02-2012, 11:36 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 98 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycan paytaxtında 73 yaşlı qadını xüsusi amansızlıqla qətlə yetirilib
Azərbaycan paytaxtında xüsusi amansızlıqla qətl törədilib. Bu barədə Binəqədi rayon Polis İdarəsindən bildirilib.
Hadisə ötən gecə Azadlıq prospektində yerləşən 9 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1938-ci il təvəllüdlü Elmira Səxavət qızı İsmayılova naməlum şəraitdə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Ev sahibəsi qətlə yetirildikdən sonra mənzil yandırılıb. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğının qarşısını ala biliblər.
İlkin ehtimala görə, qətl qarət məqsədi ilə törədilib. Lakin hadisənin motivi hələlik məlum deyil.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən qadın BMT-nın Ümumdünya Ərzaq Proqramının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fuad Hüseynovun anasıdır.
|