 |
Şrift : |
|
 |
Tarix : | 12-10-2011, 10:52 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 339 dəfə |
Like : |
|
Like : |
|
|
9 əsgərin isə vəziyyəti normaldır
Naxçıvanda hərbi maşının aşması nəticəsində həlak olan hərbçinin şəxsiyyəti müəyyənləşib. Hərbi mənbədən verilən məlumata görə, dünən axşam saatlarında Babək rayonu ərazisində aşan hərbi maşında dünyasını dəyişən əsgər 1992-ci il təvəllüdlü Ağamirzə Mirzəyevdir. O, Hacıqabul rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Xəsarət alan 9 əsgərin vəziyyəti isə normaldır. Qeyd edək ki, dünən axşam saatlarında Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Resbuplikasındakı hərbi hissələrindən birinə məxsus hərbi avtomobil əsgərləri hərbi təlimdən gətirərkən dağdan aşıb. Qəza zamanı avtomobildə olan əsgərlərdən biri ölüb, 9 əsgər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
7GUN.AZ
|