 |
Şrift : |
|
 |
Tarix : | 14-10-2011, 16:16 |
Bölmə : |
Hadisə |
Kömək : |
|
Baxılıb :
| 214 dəfə |
Like : |
|
Like : |
|
|
Binada yaşayan 35 ailə köçürülüb
Naftalan şəhərində məcburi köçkünlərin məskunlaşdığı binada güclü yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliy məlumat yayıb. Nazirliyin saytının yaydığı məlumata görə, hadisə Naftalan şəhərində hazırda fəaliyyət göstərməyən sanatoriyanın ərazisində baş verib. Sanatoriyanın ərazisində yerləşən, məcburi köçkünlərin məskunlaşdığı, ümumi sahəsi 900 kv.m olan dördmərtəbəli binada qəfil yanğın baş verib. Yanğın qısa müddətdə binanın çardağını bürüyüb və nəticədə çardağın 288 kvadratmetri təmamilə yanıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər tərəfindən binada yaşayan 35 ailə (təxminən 100 nəfər) təxliyə olunub, binanın qalan hissəsi yanğından mühafizə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
7GUN.AZ
|